AZ

Səfər Azərbaycan-Vyetnam münasibətlərinə öz müsbət təsirini göstərəcək



"Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri baş tutdu. Vyetnam coğrafi baxımdan Azərbaycana uzaq ölkə olmasına baxmayaraq, iki ölkə arasında əlaqələr sovetlər dövrünə təsadüf edir. 30 ildən artıqdır ki, Vyetnam beynəlxalq təşkilatlarda Azərbaycanla əməkdaşlıq edir və bu dönəmdə ölkəmizin haqq səsinə öz dəstəyini ifadə edən ölkələrdən biridir".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, sovet dövründə təməli qoyulan Azərbaycan-Vyetnam əlaqələri bizə bir çox sahələrdə dost Vyetnam xalqına kömək və yardım göstərməyimizlə yadda qalıb:

"Kino sənəti və tibb sahəsində, xüsusilə də oftalmologiya elminin inkişafında azərbaycanlı mütəxəssislərin dost Vyetnam xalqına, bu elimlərin öyrənilməsi istiqamətində əməyi olmuşdur. Ən böyük beynəlxalq təşkilatlarda Azərbaycan -Vyetnam münasibətləri, BMT-də, Qoşulmama Hərakatı çərçivəsində və digər beynəlxalq platformalarda əməkdaşlıq münasibətləri qurublar və indiki vaxtda Vyetnam rəsmilərinin Azərbaycana reallaşdırdıqları səfər, münasibətlərin daha da inkişaf edəcəyinə təkan verəcəkdir. Bu bir çox sahələrdə, xüsusilə də enerji sahəsində və elm sahəsində özünü göstərəcək. Səfər iki ölkə arasında dostluq və əməkdaşlıq müstəvisində də inkişaf edəcək və Azərbaycan -Vyetnam münasibətlərinə öz müsbət təsirini göstərəcək".

Anar Əliyev
Seçilən
0
newscenter.az

1Mənbələr