AZ

Yüksək qan təzyiqi bədəni uzun illər ərzində səssizcə zədələyə bilər

Yüksək qan təzyiqi bədəni uzun illər ərzində

Kardioloq Denis Sokolov bildirir ki, yüksək qan təzyiqi bədəni uzun illər ərzində səssizcə zədələyə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, RİA Novosti-yə verdiyi müsahibədə o, hipertoniyanın məkrli təbiətindən danışaraq xəstəliyin simptomlarının çox gec üzə çıxdığını vurğulayıb.

Sokolovun sözlərinə görə, yetkin insanların hər dördündən biri hipertoniya xəstəsi olduğunu bilmir. Adətən xəstəlik baş ağrısı, göz qarşısında qaralma, nəfəs darlığı kimi əlamətlərlə üzə çıxır və bu mərhələdə artıq damarlar ciddi şəkildə zədələnmiş olur.

O, hipertoniyanın əsas səbəbləri sırasında genetik meyilliyi, gündəlik duz istehlakının normadan artıq olmasını (5 qramdan çox), oturaq həyat tərzini, xroniki stressi və siqareti göstərib. Həkim qeyd edib ki, hipertoniyanın vaxtında aşkarlanması üçün ən sadə yol evdə tonometrdən istifadə etməkdir. Xüsusilə 40 yaşdan yuxarı insanlara hər səhər və axşam qan təzyiqini ölçmək tövsiyə olunur. "Optimal göstərici 120/80-dir. Əgər bu rəqəmlər 135/85-i keçirsə, dərhal həkimə müraciət edilməlidir", – deyə o xəbərdarlıq edib.

Kardioloq əlavə edib ki, hipertoniyadan qorunmaq üçün həyat tərzində sadə dəyişikliklər kifayətdir: kolbasa və duzlu qidaları tərəvəz və balıqla əvəz etmək, günə 15 dəqiqəlik fiziki hərəkətlə başlamaq, tənəffüs məşqləri ilə stressi azaltmaq və alkoqol ilə siqaretdən uzaq durmaq.

“Hipertoniyanın nəticələri – infarkt və ya insult – olduqca təhlükəlidir. Bu fəsadlarla mübarizə aparmaqdansa, indi profilaktik tədbirlər görmək daha doğrudur. Qan damarlarınıza bu gündən qulluq edin, onlar da sizə uzun illər sağlamlıqla təşəkkür edəcək”, – deyə Sokolov bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr