AZ

Palladino: “Betis”lə cavab oyununda canımızı qoyacağıq”

“Fiorentina”nın baş məşqçisi Raffaele Palladino Avropa Liqasının yarımfinalının “Betis”lə cavab oyunudan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, “bənövşələr” Sevilya səfərindən 1:2 hesablı məğlubiyyətlə qayıdıblar.

Palladino cavab matçından öncə keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Biz öz azarkeşlərimizlə birlikdə cani-dildən çalışacağıq ki, “Fiorentina”nı finala yüksəldək. Biz, qüvvətli rəqibə qarşı əla qarşılaşma olmuş ilk oyunu təhlil edib öyrənmişik. Biz texniki planda daha yaxşı çıxış etməliyik və buna qadirik, onlara fəsadlar yaşada bilərik. Komandam döyüşə hazırdır, sabah isə azarkeşlər bizə daha da arıtq güc-qüvvət bəxş edəcəklər”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, “Fiorentina” – “Betis” oyunu bu gün, mayın 8-də Florensiyanın “Artemio Franki” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
0
arena.az

1Mənbələr