Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib.
Senzor.az bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, A.Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri olub.
87 yaşlı xanəndənin yaradıcılığında "Şur", "Segah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə "Segah" muğamını təkrarolunmaz bir üslubda oxuyub.
Yeri gəlmişkən, Arif Babayev hazırda xəstəxanadadır. O, planlı tibbi müayinədən keçmək üçün Mərkəzi Klinik Xəstəxanaya müraciət edib.
Klinikadan bildirilib ki, Xalq artisti rutin tibbi yoxlamalardan keçirilib, müalicə planında müəyyən korreksiyalar edilib: "Müayinələr başa çatdıqdan sonra evə buraxılacaq".