AZ

"Qalatasaray" ulduz futbolçunun meneceri ilə danışıqlara başladı

"Qalatasaray" növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, Super Liqanın lideri mövsümün sonunda müqaviləsi başa çatan Dris Mertensin əvəzinə dünya səviyyəli oyunçu gətirmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qalatasaray"ın əsas hədəfi "Mançester Siti"də çıxış edən Bernardo Silvadır. "Sarı-qırmızılar" İngltərə klubu ilə 1 illik müqaviləsi qalan portuqaliyalı hücumameyilli yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb.

Futbolçu ilə ölkəsinin "Benfika" klubu da maraqlanır. Lakin Lissabon təmsilçisini onun tələ etdiyi maaşı verməyi düşünmür.

Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan ransfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr