"Özümə borc bilərək oğluma atamın adını qoymuşam. Amma onun musiqiçi olmasını istəmirəm".
Bunu "Qonaqcanlı" verilişində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib.
"Özümə borc bilərək oğluma atamın adını qoymuşam. Amma onun musiqiçi olmasını istəmirəm. Oğlum klarneti çox sevir. Onu bir dəfə özümlə toya aparmşam. Ara bir klarnetlə oynayırdı, mən də cibinə pul qoyurdum. Evdə gedib göstərir ki, baxın mən pul qazanmışam. Amma qətiyyən musiqiçi olmasına razı deyiləm. Çünki bizim içimiz çox çətindir. Gecəmiz-gündüzümüz yoxdur. Ona daha gözəl təhsil vermək üçün əlimdən gələn hər şeyi edəcəyəm" deyə Hüseyn bildirib.