AZ

Helikopter meydançalarına dair digər tələblər təsdiqlənib

Bakı. Trend:

“Helikopter meydançalarının layihələndirilməsinə, tikintisinə vətexniki göstəricilərinə dair digər Tələblər” təsdiq edilib.

Trend xəbərverir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Qərara əsasən, helikopter meydançalarının inşası və yenidənqurulması ilə bağlı layihələr Beynəlxalq Mülki AviasiyaTəşkilatının beynəlxalq standartlarına və tövsiyə olunantəcrübəsinə uyğun olmalıdır.

Helikopter meydançalarının tikintisi üçün sifarişçi tərəfindəntikintiyə icazə və tikinti obyektinin istismarına icazə alınmasıŞəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyatakeçiriləcək.

Tikintisi nəzərdə tutulan helikopter meydançasının tikintilayihəsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinəuyğun olaraq göndərilmiş sorğuya əsasən mülki aviasiyayamünasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəDövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdəMüdafiə Nazirliyi tərəfindən rəy veriləcək.

Tikintisi başa çatmış helikopter meydançasının istismarayararlılıq və təhlükəsizlik tələblərinə uyğun olaraqsertifikatlaşdırılması aidiyyəti üzrə qurum tərəfindən həyatakeçirilməlidir.

Seçilən
0
az.trend.az

1Mənbələr