08.05.2025-ci il tarixdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü”-nə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Kürdəmir Rayon Xəstəxanasının direktoru Elçin Bilalov, xəstəxananın gənc əməkdaşı Ofelya Şükürova çıxışlar etmişdirlər. Çıxışlarda müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin qətiyyəti və müdrikliyi xalqımızı, Azərbaycanımızı hər zaman xilas etdiyi diqqətə çatdırılmışdır. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Keçirilən tədbirdə Ümummilli Liderin dövlət, millət qarşısında misilsiz xidmətləri,milli səhiyyəmizin və tibb elminin inkaşıfında, savadlı bilikli əsil peşəkar həkim kadrlarının hazırlanmasında əvəzsiz diqqəti, qayğısı, dəyərli töhfələri vurğulanmışdır.