AZ

FED-in qərarı kriptovalyutalara necə təsir edəcək?

ABŞ Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi uçot dərəcəsini 4.25 – 4.5% intervalında saxlayıb. Metbuat.az xəbər verir ki, qurumun yaydığı məlumatda qeyd olunub ki, iqtisadi artım templərlə davam edir, bazar sabitdir, lakin inflyasiya hələ də yüksək səviyyədə qalmaqdadır. Qərar qəbul edilərkən iş bazarında vəziyyət, inflyasiya dinamikası və beynəlxalq amillər nəzərə alınıb. Eyni zamanda, FED uzunmüddətli məqsəd kimi 2%-lik inflyasiya hədəfinə sadiq qaldığını bir daha qeyd edib. “Əgər elan olunmuş iri tarif artımları qüvvədə qalsa, bu, inflyasiyanın artmasına, iqtisadi artımın yavaşlamasına və işsizliyin yüksəlməsinə səbəb ola bilər,” – deyə FED-in rəhbəri Cerom Pauell bildirib. Onun sözlərinə görə, bu təsirlər müvəqqəti də ola bilər, daha davamlı da. Paulel hesab edir ki, yeni gömrük tarifləri gözləniləndən xeyli yüksək olsa da, onların iqtisadi təsirləri hələ ki, qeyri-müəyyəndir. FED-in qərarında sonra kriptovalyuta bazarında dalğalanma müşahidə edilib. Bitkoin $97,000 səviyyəsindən $96,350-yə qədər enib. Hal-hazırda əldə kriptovalyuta $96,240 civarında ticarət olunur. Hazırda kriptovalyuta bazarının ümumi kapitallaşması $3,07 trilyon təşkil edir. Bu, son 24 saat ərzində 0.45%-lik azalma təşkil edir. Volmex-in dolayı volatillik indekslərinə görə, qiymət dəyişkənliyi yaxın günlərdə orta səviyyədə qalacaq. Mart ayının yekunlarına əsasən, ABŞ-da illik inflyasiya 2.4% təşkil edib. Bu, sentyabrdan bəri əldə edilən ən aşağı göstəricidir. Fevral ayında inflyasiya 2,8% idi. Bu dinamika inflyasiya sistemlərinin işləməsi azaldığını göstərsə də, FED ehtiyatlılığını qoruyur.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
0
metbuat.az

1Mənbələr