Moskvada 9 may qələbə paradı öncəsi mobil internet kəsilib, uçuşlar ləğv olunub, bank xidmətləri məhdudlaşdırılıb. Hakimiyyət bunu qorxulu qonşuluqla - yəni Ukrayna ilə əlaqələndirib.
İnternetin kəsilməsi əsasən Moskvada baş verib. Hakimiyyət deyir ki, problem mayın 9-na qədər olduğu kimi qalacaq. BBC Ruscaya danışan sakinlər telefonla yaxınları ilə danışa bilmədiklərini deyiblər. Sberbank və VTB müştərilərinə vayfaydan istifadə etməyi məsləhət görüb.
Mayın 7-də Rusiya hava yolları 100-dən çox uçuşu ləğv edib. Aeroflot hava yollarının uçuşları ləğv etməsi gecikmələrə səbəb olub və bir çox insan yollarda qalıb. Moskva aeroportları uçuşları tamamilə dayandırıb. 30-a yaxın dünya liderinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin qələbə günü paradında iştirak edəcəyi gözlənilir. Vladimir Putin onlardan bəziləri ilə görüşməyi planlaşdırıb. Ukrayna lideri Volodimir Zelenski dünya liderlərinə xəbərdarlıq edib ki, Moskvaya gedəcəkləri təqdirdə, təhlükəsizlik problemlərilə üzləşə bilərlər.
Bu arada Moskva üç gecədir ki, Ukraynadan dron hücumların olduğun deyir. Bir yaşayış evinə ziyan dəyib.