AZ

"Liverpul" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir

"Liverpul" "Atletiko Madrid"in hücumçusu Julian Alvarezi yay transfer pəncərəsində komandaya cəlb etmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Liverpul" Alvarezi almaq üçün yüksək məbləğ ödəməyə hazırdır.

25 yaşlı argentinalı cari mövsümdə Madrid klubunun heyətində 51 matça çıxıb, 27 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun komandası çempionatda 67 xalla "Real Madrid" (75) və "Barselona"dan (79 xal) geri qalaraq üçüncü pillədə qərarlaşıb.

 

PSJ tarixə düşüb

“Qalatasaray” futbolçusu ilə müqavilə yeniləyəcək

"İnter" azarkeşi "Barselona" ilə oyun zamanı infarkt keçirib

"Liverpul" yunan futbolçunu komandadan göndərir

Konte komandasını dəyişə bilər

Seçilən
0
apasport.az

1Mənbələr