Bu gün I Liqada 25-ci tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Çempionatda yerini qorumaq niyyətində olan “Difai” Binədə “Baku Sprtinq”in qonağı olacaq.
“Baku Sporting” – “Difai”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu