Hazırda biz 36 süni intellekt modelindən aktiv şəkildə istifadə edirik.
ABB-nin sədri: "Maliyyə Nazirliyinin hərraclarından 500 milyon manata yaxın depozit cəlb etmişik"
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
Sədr çıxışında vurğulayıb ki, "Son iki ilin qiymətləndirməsinə əsasən, bu süni intellekt modelləri bankımıza 25 milyon manatdan çox fayda gətirib. Lakin biz bununla kifayətlənmək niyyətində deyilik – qarşıdakı dövrdə daha böyük faydalar gözlənilir.
Bu süni intellekt modelləri bir çox əməkdaşımızın əməyini optimallaşdırıb, vaxta qənaət yaradıb və nəticədə bankda daha səmərəli fəaliyyət göstərməyə başlamışıq. Təkcə suni intellekt modellərinə yox bunun üçün infrastruktur məsələləri də vacibdir, qeyd edim ki, son bir neçə ildə ümumi İT və rəqəmsal istiqamətdə 10 milyonlarla vəsait sərf etmişik.