AZ

Putinin Si Cinpinlə görüşü başa çatdı: Görün neçə saat danışıblar

Kremldə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında rəsmi danışıqlar başa çatıb.

Publika.az xəbər verir ki, görüş təxminən üç saat yarım davam edib.

Söhbətin əvvəlində Putin qeyd edib ki, Rusiya Federasiyası ilə Çin arasında münasibətlər bərabərhüquqlu və qarşılıqlı faydalıdır. Si isə deyib ki, Çin Rusiya ilə birlikdə nasizm üzərində Qələbənin nəticələrini müdafiə etməyə hazırdır.

Qeyd edək ki, Si Cinpin İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün mayın 7-də Moskvaya rəsmi səfər edib.

Seçilən
0
publika.az

1Mənbələr