AZ

Azərbaycan çempionatının bürünc medalçısı 6 oyunçusu ilə vidalaşdı

Geridə qalan mövsümdə kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının bürünc medallarını qazanan “Xilasedici” altı oyunçu ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a klubun meneceri Onat Kurt məlumat çatdırıb.

Onun sözlərinə görə, serbiyalı Aleksandr Tumbas, ukraynalı Boqdan Mazenko, rusiyalı Aleksander Popleteyev, İvan Volodin, eləcə də türkiyəli voleybolçular Onurcan Çakır və Sərhat Coşqun komandanı tərk ediblər. Voleybolçularla başa çatan müqavilə yenilənməyib.

Funksioner qeyd edib ki, kubalı Qustavo Almora və monqolustanlı Batsuuri Battur ilə sözləşmə müddətinin uzadılması barədə danışıqlar gedir.

Seçilən
0
fanat.az

1Mənbələr