AZ

"İlk dəfə 30 mindən artıq vətəndaş ABB-nin gəlirlərindən öz qazanc payını alacaq"

"ABB-nin 2024-cü il üzrə xalis mənfəətindən səhmdarlarına 200 milyon manat dividend ödəyəcəyik".

Marja.az xəbər verir ki, bunu ABB-nin Səhmdarlarımnın Ümumi Yığıncağının qərarının ictimaiyyətə elan edilməsinə həsr olunmuş mətbuat konfransında "Azərbaycan Beynəlxaq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib. 

"Bu, son illərin rekord dividend məbləğidir", - Abbas İbrahimov deyib. 

Bankın sədri qeyd edib ki, dividendin 184 milyon manatı ABB-nin səhmdarı olan dövlətə, 16 milyon manatı isə digər səhmdarlara ödəniləcək:

"Beləliklə, ABB-nin son illər ərzində dövlət büdcəsinə vergi, dividend və sosial ödənişlər şəklində ödədiyi vəsaitlərin ümumi məbləği 1,6 milyard manata çatacaq. Bununla ilk dəfə 30 mindən artıq vətəndaşımız ABB-nin gəlirlərindən öz qazanc payını alacaq".

dividend-abbaabbas-ibrahimovqazanc
Seçilən
0
marja.az

1Mənbələr