BAKI, 8 may. TELEQRAF
Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyidən Teleqraf-a verilən məlumata görə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu”metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranmışdır.
Qeyd olunanları nəzərə alaraq 09 may 2025-ci il saat 00:00-dan başlayaraq
Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə
qədər, tam şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri tövsiyyə olunur.