AZ

Rəşad Sadıqov Avropanı lərzəyə gətirmək üçün bu qədər transfer etməlidir - VİDEO

"Zirə" avrokuboklarda qrupa düşə bilər".

Bu iddia ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Premyer Liqada mövsümün gümüş medallarına yiyələnən "qartallar"dan qitə arenasında gözləntilərini açıqlayıb.

Bildirib ki, Rəşad Sadıqov düzgün iş prinsipi sayəsində komandanın ildırım surətli yüksəlişinə nail olub.

Tanınmış telejurnalist qeyd edib ki, baş məşqçinin transfer siyasəti qəsəbə təmsilçisinin uğurlu qrafik cızmasının əsas səbəblərindən biridir.

Aparıcının fikrincə, Avropa Liqasında, yaxud Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanılması üçün "Zirə"yə ən azı 4-5 yeni oyunçu lazımdır.

Rzayev deyib ki, "qartallar" Salifu Sumanın yayda mümkün satışına hazırlıq görməli, indidən qvineyalı vingerin mövqeyinə alternativ tapmalı, həmçinin qapıçı mövqeyinə diqqət ayırmalıdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
0
sportinfo.az

1Mənbələr