AZ

"Fənərbaxça" Dzeko ilə yollarını ayırdı

"Fənərbaxça" növbəti mövsüm üçün heyətini strukturlaşdırmağa başlayıb.

News24.az xəbər verir ki, komandanın ən təcrübəli oyunçusu və kapitanı Edin Dzeko ilə yollarını ayırmağı planlaşdıran sarı-lacivərdlilərin əsas məqsədlərindən biri də mərkəz hücumçusu transferi etməkdir.

Bu çərçivədə bir çox ad gündəmdə olsa da, ani bir inkişaf yaşandı. "Fənərbaxça" "Brentford"da çıxış edən Yoane Vissanı gündəmə gətirib.

Konqolu futbolçunun sürəti və texniki bacarığı “Fənərbaxça”nın diqqətini çəkib, qol vurması isə futbolçunu fərqləndirən detallardan biridir. Bu mövsüm İngiltərə komandası ilə 33 matçda iştirak edən Vissa 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Günel Məlikzadə


Seçilən
0
news24.az

1Mənbələr