AZ

Rusiya klubu Azərbaycan millisinin futbolçusuna yeni müqavilə təklif edib

Bakı, 8 may, AZƏRTAC

Rusiyanın qadın futbolçulardan ibarət “Zenit” klubu Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.

Bu barədə AZƏRTAC-a 23 yaşlı müdafiəçinin özü məlumat verib.

O, Santk-Peterburq təmsilçisindən yeni sözləşmə təklifi aldığını, lakin bu barədə qərar verməyə tələsmədiyini söyləyib. Yığma üzvü daha sərfəli təkliflər olacağı halda, dəyərləndirə biləcəyini deyib.

Qeyd edək ki, Nigar Mirzəliyevanın “Zenit”lə hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayında başa çatacaq.

 

Seçilən
0
1
azertag.az

2Mənbələr