AZ

Paris olimpiadasının mükafatçısı yol qəzasında həlak olub

Fici reqbi yığmasının üzvü, Paris olimpiadasının mükafatçısı Cosay Raysuke Fransada yol qəzasında həlak olub.

“Report” xaici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı idmançının idarə etdiyi avtomobili dəmir yolu keçidində qatar vurub.

Yığma üzvü hadisə yerində həyatını itirib.

Qeyd edək ki, C.Raysuke 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Seçilən
0
1
report.az

2Mənbələr