AZ

Zəfər Partiyasının lideri Ümit Özdağ xəstəxanaya aparılıb

BAKI, TurkicWorld

Türkiyədə Zəfər Partiyasının sədr Ümit Özdağ xəstəxanaya aparılıb.

TurkicWorld xəbər verir ki, Ümit Özdağ xəstəlik səbəbindən xəstəxanaya göndərilib.

Özdağ, 21 yanvar tarixindən bəri “Cəmiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə həbsdədir. O, həmçinin Milli Kəşfiyyat Təşkilatının (MİT) üzvlərinin kimliklərini açıqladığı üçün məhkəməyə verilmiş və 3 ildən 7 ilə qədər həbs cəzası ilə üzləşir.

Bu gün keçirilən məhkəmə iclasına Ümit Özdağ və onun vəkili qatılmayıb. Hakim, Özdağın səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yönəldildiyini bildirib. Bu səbəbdən iclas iyulun 8-nə təxirə salınıb.

Qeyd edək ki, Özdağın məhkəməsi ilə əlaqədar xəbərlər, 2020-ci ildəki bir açıqlamasına dayanır. O, 26 fevralda Türkiyə Böyük Millət Məclisində keçirilən mətbuat konfransında MİT üzvlərinin kimliklərini açıqlayıb. Bu hadisə ilə bağlı istintaq başlatılıb və müvafiq qanunlar çərçivəsində cinayət təşkil etmək ittihamı irəli sürülüb.

Ankara Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə, Özdağın MİT üzvlərinin kimliklərini açıqladıqdan sonra 3 ildən 7 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Seçilən
0
turkic.world

1Mənbələr