AZ

Dünya çempionundan ayrılıq qərarı

“Aston Villa”nın qapıçısı Emiliano Martines klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Qolkiper klubdan ayrılmaq və yeni səhifə açmaq istəyir.

Rəhbərlik artıq Emilianonun yerinə qapıçı axtarışlarına başlayıb.

Argentinalı qolkiper bu mövsüm 50 oyunda 61 qol buraxıb.

Martines 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olub.

Seçilən
0
futbolpress.az

1Mənbələr