BAKI, 8 may. TELEQRAF
Mayın 8-də Ali Rada “Ukrayna hökuməti ilə ABŞ hökuməti arasında Amerika-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması haqqında Sazişin ratifikasiyası” adlı qanun layihəsini dəstəkləyib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qanun layihəsi 338 deputatın səsi ilə təsdiq edilib.
Söhbət bundan əvvəl Kiyev və Vaşinqton arasında imzalanmış Ukraynanın nadir torpaq minerallarının birgə istismarına dair sazişdən gedir.