BAKI, 8 may. TELEQRAF
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında rezidentlər 2025-ci ilin I rübü ərzində 7,3 milyon manat vəsaitə qənaət ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Qeyd edilib ki, sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 511 milyon manatdan çox vəsaitə qənaət ediblər.