De Blekerin AFFA Hakimlər Komitəsinin sədri postunda qalıb-qalmayacağı hələ də sual altındadır.

Rekord.az xəbər verir ki, belçikalı mütəxəssisin maaşı çox yüksəkdir və bunu qarşılamaq çətindir.

Ona görə də AFFA rəhbərliyi onunla yolları ayırmağı götür-qoy edir. Lakin yekun qərarı İcraiyyə Komitəsi verəcək. Qərarın oyun ayında veriləcəyi gözlənilir.

Qeyd edək ki, de Blekerin aylıq maaşı 40 min dollardı.