AZ

Prezident restoranı bağlatdırdı, ziyafət verdi, görün, nələr söylədi!

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov növbəti dəfə «Araz-Naxçıvan»a zaman ayırıb. Hər vaxt olduğu kimi, yenə komandaya dəstək verən NFF-nın birinci şəxsi futbolçular və məşqçi heyəti ilə görüşüb. O, kollektivi Bakının tanınmış məkanlarından birində bir araya gətirib. Son vaxtlar uğursuz nəticələrə imza atan oyunçuların əhval-ruhiyəsini qaldırmaq məqsədi daşıyan ziyafət bir neçə saat davam edib.
Tanınmış iş adamı tədbirdə bildirib ki, komandanın gücünə inanır və Premyer Liqanın son 3 turunda onlardan qələbə gözləyir. Muxtar Respublika rəhbərliyinin və bu bölgədən olan biznesmenlərin «Araz»a böyük ümidlər bəslədiyini söyləyən Z.Axundov deyib ki, hamının üzərində böyük məsuliyyət var, çünki iddialı duruma gəlməsi üçün kluba kifayət qədər maliyyə vəsaiti ayrılıb. Federasiya prezidenti Konfrans Liqasına vəsiqə əldə etmək üçün bundan sonrakı həftələrdə də mükafat ayıracaqlarını açıqlayıb.

SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr