Cüdo üzrə Azərbaycanın böyüklərdən ibarət milli komandası Gürcüstanın Qori şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
Arena.az xəbər verir ki, yığmamız yarışda 6 çəki dərəcəsində 19 idmançı ilə təmsil olunacaq.
Kollektivə kişilərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik rəhbərlik edəcəklər.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə mayın 10-11-də baş tutacaq turnirə 15 ölkədən 199 (146 kişi, 53 qadın) idmançı qatılacaq.
Kişilər
-60 kq
Babarəhim Mirzəyev
Murad Əliyev
Amin İsmayılov
-66 kq
Tofiq Məmmədov
Nazir Talıbov
Kənan İsmayılov
Rəşad Yelkiyev
Eltac Yusifli
-73 kq
Rüfət Şövlətov
Nəriman Mirzəyev
Kamran Süleymanov
Qadir Hüseynov
-81 kq
Məhərrəm İmamverdiyev
-90 kq
Naim Hüseynov
Fəqan Şamilov
İbrahim Ağakişiyev
-100 kq
Nihad Şıxəlizadə
Şahin Əsədov
Elmar Qasımov