AZ

Fransada dəmiryolçuların may tətili bitməmiş iyunda yenisinə çağırış edilib

Paris, 8 may, AZƏRTAC

Fransada dəmiryolçuların may tətili davam etdiyi vaxtda “CGT-Cheminots” dəmiryolçular həmkarlar ittifaqları iyun ayında yeni tətilə çağırış ediblər.

AZƏRTAC xəbər verir ki, bu çağırış dəmiryolçular həmkarlar ittifaqları və Milli Dəmiryol Şirkəti (SNCF) arasında iş şəraiti, cədvəllərin yenidən təşkili ilə bağlı davam edəm gərginlik fonunda elan edilib. Dəmiryolçuların mayın 5-dən başlayan tətili ölkədə bu nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.

“CGT-Cheminots” dəmiryolçular həmkarlar ittifaqları bütün işçiləri iyunun 4, 5 və 11-də yenidən etiraz tətilinə çağırıb.

Seçilən
0
azertag.az

1Mənbələr