Güney Azərbaycanın Ərdəbil şəhərindən keçən Qarasu çayı çirkab suları və sənaye tullantıları ilə yenidən çirklənib. Çayın çirkləndirilməsi və yaranan ekoloji fəlakət əhalinin həyatını təhlükəyə salır.
Zəhərli sənaye tullantıları və kimyəvi maddələrin Qarasu çayına axıdılması ilə turşulu maddələrin konsentrasiyası artıb və bu çayın suyu ilə suvarılan əkin sahələrinin məhvinə səbəb olub.
Bununla yanaşı çayın çirklənməsinin ekosistem, ətraf mühit, kənd təsərrüfatı, heyvan növləri və insanlar üçün ciddi təhlükə yaratdığı qeyd olunub.
Savalan dağının ətəklərindən qaynaqlanan 210 kilometr uzunluğundakı Qarasu çayı bölgə kəndlərinin içməli və əkin suyuna olan ehtiyacının təmin olunmasında əhəmiyyətli rol oynayır. Çayın çirkləndirilməsi yataq boyu əhalinin həyatını təhlükəyə salır.