Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirin növbəti tranşı şəklində Kiyevə 1 milyard avro köçürüb.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis məlumat verib.“Bu gün biz G7 proqramı çərçivəsində Rusiya aktivlərindən əldə olunan gəlirdən 45 milyard avro müqabilində daha 1 milyard avro köçürdük” - deyə o, X hesabında yazıb.Dombrovskis qeyd edib ki, bu proqram çərçivəsində Ukrayna bu il artıq 6 milyard avro alıb və Avropa Komissiyası gələcəkdə ona daha 12 milyard avro köçürmək niyyətindədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta