Gəncədə məktəbin hasarı uçub, təhlükəli vəziyyət yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, şəhərin Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbinin hasarı 1 aya yaxındır qəzalı vəziyyətdədir.
"Uşaqların həyatı təhlükə altındadır. Məktəbin hasarını təmir edən yoxdur", - deyə şikayətçi qeyd edib.
Sözügedən kadrları təqdim edirik: