AZ

Mahir Emreli karyerasını hansı klubda davam etdirəcək?

“Nürnberq”dən ayrılacağı açıqlanan Mahir Emreli karyerasını Almaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvünə Bundesliqa klublarından təklif var. Bir müddət öncə Almaniyanın nüfuzlu “Bild” nəşri elitanın iki komandasının Emreli ilə maraqlandığını yazmışdı. 

28 yaşlı hücumçu ötən ilin yayında “Nürnberq”ə keçib. O, bu  mövsüm Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə 23 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.

Seçilən
0
idmanxeber.az

1Mənbələr