AZ

Sırrı Süreyya Öndərə sui-qəsd edilib?

Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) mayın 3-də 18 gün həyat mübarizəsi apardıqdan sonra həyatını itirən Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərə qarşı sui-qəsd iddiaları ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, aprelin 2-də Sırrı Süreyya Öndər avtomobilini idarə edərkən parkinq işçisi təkərlərdən gələn səsdən şübhələnib və maşını servisə aparıb. Araşdırma zamanı müəyyən edilib ki, avtomobilin sol arxa təkərini partlaya bilən dəmirdən kəsici alət yerləşdirilib.

"Lider bu hadisəni partiya idarələrinə çatdırıb, lazımi araşdırma və qiymətləndirmələr aparılıb. Hadisə və bununla bağlı sübutlar rəsmi orqanlara göndərilib. İstintaq həssas olduğu üçün məsələ ictimaiyyətə açıqlanmayıb. Davam edən araşdırma və təhqiqatla bağlı hələlik bizə dəqiq bir nəticə verilməyib", - Partiyanın yaydığı məlumatda qeyd olunub. 

Sui-qəsd iddiasını ilk olaraq Vətən Partiyasının sədri Doğu Perinçek səsləndirib. Perinçek terrorçuların lideri Abdullah Öcalanın Sırrı Süreyya Öndər və Pərvin Buldana sui-qəsdlə bağlı xəbərdarlıq etdiyini xatırladıb. 

Qeyd edək ki, DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndər çoxsaylı orqan çatışmazlığı səbəbindən həyatını itirib. 

Gülayə Mecid

Seçilən
0
unikal.az

1Mənbələr