AZ

ŞOK OLAY! Kurban Berdiyev "Turan" rəhbərliyini yeni transferə “satdı”!

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev klubun rəhbərliyini «satıb».

Bununla bağlı qərb təmsilçisindən redaksiyamıza şok məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, rusiyalı çalışdırıcı bu ilin əvvəlində komandanın sıralarına qatdığı Orxan Əliyevlə görüşdə funksionerlərin arxasınca danışıb.

73 yaşlı «Baba» 50 min manat təzminat qarşılığında «Kəpəz»dən transfer olunan hücumçuya «Buradakıların heç biri sənin gəlməyini istəmirdi. Hamı sənə qarşı idi. Deyirdilər ki, Orxana görə pul ödəmək lazım deyil. Mən rəhbərliyə təkid elədim, yoxsa Tovuzda oynaya bilməyəcəkdin. İndi gərək məni haqlı çıxarasan, onların yanında deməyə sözüm olsun» söyləyib.

8000 manat əməkhaqqı alan Əliyev ötən 3 ay ərzində hələ qol hesabını aça bilməyib.

Vaxtilə «Xəzər Lənkəran»ın formasını geyinmiş forvard «Rubin»in sabiq sükançısına bunları söz verib:

«Siz mənə ata kimisiz. «Turan»da özümüzü göstərəcəm. Hamı məndən danışacaq».

SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr