AZ

Gəncədə 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

Gəncədə 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə tikilməkdə olan restoranlardan birində qeydə alınıb.

İlkin məlumata görə, orada çalışan 27 yaşlı İ.Hüseynov tikilidən yıxılıb.

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
13
report.az

10Mənbələr