AZ

AKTA-dan mühüm TƏDBİR: “Nəqliyyat sektorunda kibertəhlükəsizlik” – FOTO/VİDEO

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə “Nəqliyyat sektorunda kibertəhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan AKTA-nın İcraçı direktoru Rauf Cabbarov bildirib ki, kritik informasiya infrastrukturu sahəsi kimi təsbit olunmuş nəqliyyat sektorunda kibertəhdidlərin çoxalması, habelə qlobal kontekstdə nəqliyyat və logistika xidmətlərinə yönəlmiş kiberhücumların sayında artım dinamikası müşahidə olunmaqdadır.

İcraçı direktor qeyd edib ki, sektorun inkişafı ilə paralel olaraq, mövcud təhlükəsizlik prosedurlarının və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və yeni mexanizmlərin formalaşdırılması zərurəti yaranır.

Tədbir zamanı digər çıxışçılarla birlikdə nəqliyyat və logistika sektorunda kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən mövcud kibertəhdidlər və onlarla mübarizə yolları müzakirə edilib.

Görüşdə aidiyyəti dövlət qurumlarının, nəqliyyat və logistika xidmətləri göstərən şirkətlər, o cümlədən AKTA-nın üzvü olan şirkət və təşkilatların sahə üzrə rəhbər və kibertəhlükəsizlik üzrə məsul şəxsləri iştirak edib.


























Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr