Şimali Koreya Yapon dənizinə doğru, qısa mənzilli olduğu ehtimal edilən bir neçə ballistik raket atıb.
Bildirilir ki, hadisə yerli vaxtla 08:10 (Bakı vaxtı ilə 03:10 – red.) radələrində qeydə alınıb. Raketlər Şimali Koreyanın Vonsan bölgəsindən atılıb: "Silahlı qüvvələrimiz əlavə buraxılışlar olacağı ehtimalına qarşı nəzarəti gücləndirib. Biz ABŞ və Yaponiya ilə "Şimali Koreyanın ballistik raketləri" ilə bağlı məlumat mübadiləsi aparırıq və tam hazırlığı saxlayırıq".
ABŞ silahlı qüvvələrinin Hind-Sakit Okean Komandanlığının yaydığı məlumata görə, Şimali Koreyanın atdığı ballistik raketlər ABŞ və müttəfiqləri üçün təhlükə yaratmayıb: “Biz Şimali Koreyanın bir neçə ballistik raket buraxılışından xəbərdarıq və Koreya Respublikası və Yaponiya, eləcə də regiondakı digər müttəfiqlər və tərəfdaşlarla sıx məsləhətləşmələr aparırıq. Biz bu hadisənin ABŞ personalı və ya ərazisi və ya müttəfiqlərimiz üçün təhlükə yaratmadığını qiymətləndiririk. Biz vəziyyəti izləməyə davam edirik."
Qeyd edək ki, Pxenyan sonuncu dəfə martın 10-da ABŞ və Cənubi Koreyanın genişmiqyaslı “Azadlıq Qalxanı” təlimlərinə başladığı zaman Sarı dənizə doğru çoxsaylı ballistik raketlər atmışdı.