AZ

Türkiyəli nazir İlham Əliyevə təşəkkürünü bildirdi - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa edilən “Azərbaycan Məhəlləsi” ilə bağlı qardaş ölkədən təşəkkür mesajı gəlib. 

 

Sfera.az xəbər verir ki, bu barədə nazir Murat Kurum öz sosial şəbəkə hesabında paylaşım edib.

 

M.Kurum bu layihənin reallaşdırılmasına görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.


Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri bu humanitar təşəbbüslərlə daha da möhkəmlənir və belə layihələr iki ölkə arasında sarsılmaz birliyin rəmzidir. O, “Azərbaycan Məhəlləsi”nin Kahramanmaraşda zəlzələdən zərər çəkmiş sakinlərin rifahına töhfə verəcəyini xüsusi vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan Məhəlləsi” Prezident İlham Əliyevin təşəbbüsü ilə zəlzələ bölgəsində inşa edilən ən genişmiqyaslı yaşayış komplekslərindən biridir.

 

Bəsti Rəfizadə
Sfera.az

 

Seçilən
0
1
sfera.az

2Mənbələr