AZ

Gündəlik 15 dəqiqə günəş – D vitamini üçün təbii möcüzə

D vitaminindən maksimum fayda əldə etmək üçün hər gün ən azı 15 dəqiqə günəş işığından istifadə etmək vacibdir.


Pravda.az bildirir ki, D vitamini ana südü kimi nadir və qiymətli olsa da, məhz ana südündə miqdarı az olan yeganə vitamindir.


Körpəlikdən başlayaraq həyatımızın hər dövründə əhəmiyyətli rol oynayan bu vitamin, sümük inkişafından immun sisteminin güclənməsinə, dişlərin sağlamlığından xərçəngin qarşısının alınmasına qədər geniş təsir sahəsinə malikdir.


Son araşdırmalar göstərir ki, D vitamininin faydaları əvvəllər düşünüldüyündən də çoxdur. Mütəxəssislərin "möcüzəvi" adlandırdığı bu vitamindən maksimum şəkildə faydalanmaq üçün günəş işığına çıxmaq vacibdir. Gün ərzində 15 dəqiqə günəşə çıxmaqla orqanizmdəki D vitamini daha aktiv hala gəlir.


D vitamininin əsas mənbəyi günəşdir


D vitamini tələbatının təxminən 80%-i günəş işığından qarşılanır. Buna görə də günəşdən şüurlu şəkildə faydalanmaq çox önəmlidir. Günəş şüalarının dik gəlmədiyi saatlarda – xüsusilə səhər və axşam saatlarında – qol, ayaq və üz nahiyələrinin 15 dəqiqə günəşlə təmasda olması tövsiyə olunur.


Ən doğru günəşlənmə üsulu isə həftədə 3-4 dəfə, saat 10:00–16:00 aralığında, qol və ayaqlar açıq şəkildə 10-15 dəqiqəlik günəşlənməkdir. Daha uzun müddət günəşdə qalmaq istəyənlər isə mütləq qoruyucu faktorlu günəş kremlərindən istifadə etməlidir.


Qidalarla alınan D vitamini kifayət deyil


D vitamininin təxminən 20%-i isə qidalar vasitəsilə təmin edilir. Bu vitamin xüsusilə yağlı balıqlarda, qaraciyərdə, yumurta sarısında, pendir, kərə yağı, süd və göbələkdə mövcuddur. Amma təkcə qida ilə alınan miqdar kifayət etmir. Qidalar vasitəsilə alınan D vitamini günəşin təsiri ilə daha aktiv forma keçir.


D vitamini əlavə dəstəklə verilməlidir


Xüsusilə körpələrə D vitamini dəstəyi çox önəmlidir. Lakin yüksək dozalı istifadənin zərərli ola biləcəyi unudulmamalıdır. Bu səbəbdən D vitamini əlavəsi yalnız həkim nəzarəti ilə qəbul edilməlidir. Yüksək dozalar orqanizmdə toksik təsirlərə səbəb ola bilər.


Körpəlik dövründə ən azı bir il müddətində gündəlik 400 IU (beynəlxalq vahid) damla şəklində D vitamini verilməsi tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 8 May 2025, 14:14   
Seçilən
0
1
pravda.az

2Mənbələr