Bakı. Trend:
Konstitusiya və suverenlik ili çərçivəsində Ulu öndər HeydərƏliyevin 102 illiyini qeyd etməyimizin böyük rəmzi mənası var.Çünki bu iki anlayış – konstitusiya və suverenlik məhz Ulu öndəriniradəsi, müdrikliyi və cəsarəti nəticəsində bizim bugünkü millivarlığımızın əsas sütunlarını təşkil edir.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin“Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli LiderHeydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, dövlət sahibi olmaq tarixtərəfindən hər bir xalqa bəxş edilən bir haqq deyil. Bu haqq yalnızöz milli kimliyini qoruyub saxlayan, mübarizədən çəkinməyən,şəhidlər verən, lakin milli ruhu əsla sınmayan xalqlara nəsibolur:
“Biz də o azsaylı xalqlardanıq və fəxrlə deyirik ki,azərbaycanlıyıq. Azərbaycanlı olmaq, dövlət sahibi olmaq, müstəqilvə suveren olmaq eyni zamanda böyük məsuliyyətdir. Bu məsuliyyətidərk etmək üçün milli ideologiyamızın mahiyyətini dərindən anlamaq,qazandığımız zəfərləri və yol verdiyimiz səhvləri obyektiv şəkildəqiymətləndirmək zəruridir. 1991-ci ildə bərpa edilən dövlətmüstəqilliyimiz həmin dövrün geosiyasi şəraiti və tarixihadisələrinin məntiqi nəticəsi idi və təəssüf ki, formal xarakterdaşıyırdı”.
Deputat xatırladıb ki, Azərbaycan müstəqilliyini bir çox digərrespublikalardan daha gec elan edib:
“Müstəqilliyini bizdən əvvəl elan edən Ermənistan öz müstəqillikbəyannaməsində onlara mənsub olmayan Qarabağa konstitusion iddiairəli sürdülər. Ancaq həmin dövrdə müstəqilliklə bağlı hazırlananbəyanmmə və konstitusiya aktında, təəssüf ki, fundamentalbeynəlxalq hüquq norması olan – bizim, qərbi azərbaycanlıların geriqayıdışı hüququ ilə bağlı bir kəlmə belə qeyd edilməyib.
Təkcə bu faktın özü bir daha sübut edir ki, 1991-1993-cü illərdəhakimiyyətdə olanları Azərbaycan xalqının taleyi maraqlandırmayıb,onlar heç bu barədə düşünməyiblər belə. Başları hakimiyyət uğrundadavaya qarışıb. Həmin zaman deportasiya yeni baş vermişdi. Yüzminlərlə soydaşlarımız gözlərinin qabağında idi, Qarabağda işğalbaşlamışdı, onlar da bəyannamədə qayıdış hüququnu ali səviyyədətəsbit etmək əvəzinə yazırlar ki, SSRİ-yə daxil olanrespublikalarla o cümlədən Ermənistanla dostluq münasibətləri arzuedirik.
Ancaq Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə bu hüquq boşluqaradan qaldırıldı, deportasiya ilə bağlı hüquqi əsaslarformalaşdıran sənədlər qəbul olundu. Qarabağın işğaldan azadedilməsindən sonra Preizdent İlham Əliyev Qərbi Azərbaycanlılarageri qayıdışı hüququnun normativ əsaslarını yaratdı”.
Deputat əlavə edib ki, müəllifi Ulu öndər Heydər Əliyev olanKonstitusiya hüquqi cəhətdən ən yüksək normativ sənəddir.
“Ancaq onun əsl dəyəri yalnız mətnində və ya təkmilliyində deyil– azərbaycançılıq ideologiyamızda, əliyev irsi əsasında formalaşandövlət kimliyimizdə və həmrəylimizin gücündədir”, - deyə K.Cəfərovqeyd edib.