AZ

Ayaqqabısına pişik qumu səpdi: Nəticə inanılmazdır

Ayaqqabıdakı pis qoxular xüsusilə havalar istiləşdikcə daha da hiss olunmağa başlayır. Ayaq sağlamlığına və şəxsi gigiyenaya diqqət edilsə belə, uzun müddət ayaqqabı içində qalan ayaqlar qoxuya səbəb olur. Bahalı məhsullara və ya mürəkkəb üsullara ehtiyac qalmadan, evdəki bir vasitə ilə bu problemi aradan qaldırmaq mümkündür.

Ayaqqabı qoxusu adətən ayağın tərləməsi və bu nəmin ayaqqabının içində qalması nəticəsində yaranır. Ayaqlar gün ərzində bağlanmış vəziyyətdə qalanda tərləyir və bu nəm, bakteriya və göbələk üçün əlverişli bir mühit yaradır. Bu qoxunun qarşısını almaq üçün bir çox kosmetik məhsul istifadə olunur. Lakin pişik qumu bu məhsulların hamısından daha təsirlidir  və tez nəticə verir. Sherg.az təfərrüatları təqdim edir:

Pişik qumu, ev heyvanı sahiblərinin yaxşı tanıdığı bir məhsul olsa da, ayaqqabı qoxusunu aradan qaldırmaqda gözlənilməz bir xilaskardır. Məşhur YouTuber Matt Taylor, sosial mediada paylaşdığı bir videoda pişik qumunun bu mövzuda necə təsirli olduğunu nümayiş etdirib.


Taylor, pişik qumunu bir corabın içinə qoyaraq pis qoxulu ayaqqabıya yerləşdirdiyini və bu üsulun təəccüblü dərəcədə işə yaradığını bildirir. Pişik qumu, silika jel və ya gil kimi yüksək udma qabiliyyətinə malik maddələrdən hazırlandığı üçün nəm və qoxuları tutmaqda olduqca təsirlidir. Ayaqqabıdakı nəmi udaraq bakteriya yaranmasının qarşısını alır və pis qoxuların yayılmasına mane olur.

Pişik qumunu ayaqqabı qoxusunu aradan qaldırmaq üçün istifadə etmək olduqca asandır. İstifadə olunmuş pişik qumu nəm udduğu üçün yenidən istifadə edilməzdən əvvəl qurudulmalı və ya yenisi ilə əvəz olunmalıdır. Həmçinin, pişik qumu birbaşa ayaqqabı ilə təmasda olmamalıdır.

Əksər pişik qumları silika jel və ya bentonit gil kimi yüksək absorbsiyalı maddələrdən hazırlanır. Bu maddələr nəmi sürətlə çəkərək onu saxlayır və bakteriya ilə göbələyin çoxalmasının qarşısını alır. Bəzi pişik qumları isə əlavə olaraq qoxu neytrallaşdırıcı maddələr də ehtiva edir ki, bu da üsulun effektivliyini artırır. Elmi baxımdan da nəmin idarə olunması ayaqqabı qoxusu ilə mübarizədə ən vacib addımlardan biridir.

Pişik qumu üsulunu tətbiq edərkən, ayaqqabılarınızı hər istifadədən sonra havalandırın. Nəmişli ayaqqabını qapalı yerdə saxlamaq qoxunun geri qayıtmasına səbəb ola bilər. Hər ayaqqabı cütü üçün ayrıca bir corab və pişik qumu istifadə edin ki, qoxular qarışmasın. Ayaqqabı qoxusunu daimi olaraq önləmək üçün pambıq corab geyinməyiniz də tövsiyə olunur.

Pişik qumu ayaqqabı qoxusunu aradan qaldırmaq üçün effektiv üsul olsa da, alternativlər də mövcuddur. Bir çay qaşığı karbonatı ayaqqabıya səpib bir gecə saxladığınızda pis qoxuları udduğunu müşahidə edə bilərsiniz. Həmçinin istifadə olunmamış nanə və ya yaşıl çay paketlərini ayaqqabının içinə yerləşdirərək təbii bir qoxu aradan qaldırıcı kimi istifadə edə bilərsiniz.


Seçilən
0
sherg.az

1Mənbələr