AZ

Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Bu barədə "Report"a Cüdo Federasiyasından məlumat verilib.

Yarış sabah Bakı vaxtı ilə saat 09:00-da başlayacaq. Turnirin təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 16:00-dan etibarən İdman TV telekanalından izləyə bilərsiniz.

Qadınlar

-48 kq

1/16 final

Könül Əliyeva - Kyonxa Li (Cənubi Koreya)

-52 kq

1/16 final

Gültac Məmmədəliyeva - Lea Beres (Fransa)

-57 kq

1/16 final

Fidan Əlizadə - Medine Orazniyazova (Türkmənistan)

Qeyd edək ki, turnirdə Azərbaycanı 3 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.

Seçilən
0
5
report.az

10Mənbələr