AZ

Maradonanın ölümündən qabaq müalicəsi ilə bağlı tibbi sənədlər polis tərəfindən götürülüb

Buenos-Ayres əyalət polisi argentinalı dünya çempionu Dieqo Maradonanın Argentina paytaxtındakı "Olivos" klinikasında müalicəsi ilə bağlı 279 tibbi sənəd, 6 laboratoriya testi və 500-dən çox e-poçt məktubunu araşdırmaq üçün götürüb.

İdman.biz "La Verdad" nəşrinə istinadən xəbər verir ki, Maradona ölümündən bir neçə həftə əvvəl həmin klinikaya yerləşdirilib və orada subdural hematomanın çıxarılması üçün əməliyyat olunub.

Polis keçmiş futbolçunun müalicəsi və xəstəxanaya yerləşdirilməsinə dair bütün mövcud sənədləri əldə edib. Keçirilən reyd zamanı polis əməkdaşları tibb müəssisəsinin rəhbərliyini sorğu-sual ediblər.

Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib. 1986-cı il dünya çempionunun ölüm səbəbi ürək tutması göstərilib. 2025-ci il martın 12-də Argentinanın San İsidro şəhərinin cinayət məhkəməsi keçmiş futbolçunun ölümü ilə bağlı iş üzrə dinləmələrə başlayıb.

İdman.biz

Seçilən
0
2
idman.biz

3Mənbələr