AZ

ABB sədri: "Artıq daxil olan sorğuların 50-60%-ni süni intellekt cavablandırır"

Rəqəmsal məhsulları üçün yeni imkanlar yaradırıq, hər ay yeni məhsullarla müştərilərin önünə çıxırıq.

 

FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, ümumilikdə bizim xüsüsilə fokus olduğumuz bir məsələ var,  ABB mobildə də süni intellekt həlli vermişik. Məqsədimiz odur ki, müştərilər bankdan məlumatları çevik qaydada alsınlar. Artıq daxil olan sorğuların 50-60%-ni süni intellekt cavablandırır. ABB mobildə olan süni intellekt həllinin daha da genişləndirilməsinin üzərində işləyirik. Süni intellekt vasitəsilə insanların əməliyyatlarını həyata keçirmək üçün bir həll gətirməyin üzərində işləyirik. Hədəfləyirik ki, il sonuna qədər müştərilərə təqdim edəcək. Hansısa üçüncü tərəflərin bizim mobil proqramda satışını həyata keçirmək, eyni zamanda bizim xidmətlərin də başqa platformalarda satışını həyata keçirmək üçün danışıqlar aparırıq.

"Bilet satışlarının beynəlxalq bir partnyor ilə bizim platformalarda inteqrasiyası üzərində işlənilir. Bankçılıq kənarı xidmətlərin əlçatan olması üzərində işləyirik. ABB Biz tətbiqini istifadəyə vermişik, həmin tətbiq üzərində də yeniliklərin olması üçün çalışırıq", deyə sədr qeyd edib.

Seçilən
0
fed.az

1Mənbələr