AZ

Erməni spiker: Köçəryan və Ohanyan bu cinayətlərinə görə cavab verəcək

BAKI, 8 may. TELEQRAF

Prokurorlar 2008-ci ildə İrəvana qoşun yeridən və şəhər sakinlərini güllələdən şəxslərlə məşğul olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

Söhbət 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc aksiyalar zamanı etirazçılara odlu silahlardan atəş açılmasından gedir. Olaylar zamanı 15-ə yaxın insan öldürülüb. Bu məsələyə görə sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digərləri ittiham olunur. Robert Köçəryan barəsində artıq cinayət işi açılıb.

“Bəzi cinayət işləri var, prokurorlar məşğul olacaqlar, arxasınca düşəcəklər, o zaman məlum olacaq ki, 2008-ci ildə İrəvana qoşun yeridən, irəvanlıları güllələyən kimlərdir”, - spiker bildirib.

Simonyanın sözlərinə görə, bütün bunları xalq tələb edir.

Parlament sədri Serj Sərkisyan və Robert Köçəryanı digər cinayətlər də ittiham edib:

“Bu insanlar çoxsaylı cinayətlər törədiblər, seçkiləri saxtalaşdırıblar, adamları güllələyiblər, adam öldürüblər, oğurluqlar edib, siyasi qətllər törədiblər, dövlət əmlakını mənimsəyiblər, başqa ölkələrə (Rusiyaya) bağışlayıblar”.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr