AZ

Vaqif Novruzova cinayət işi necə başlandı?

"Heydər Əliyev məni Baş Prokuror təyin etdiyi zaman dedi ki, oğul, qanunu sənə həvalə edirəm. Qanun nə tələb edir, qanunla nə istəyirsən et".

News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, sabiq Baş Prokuror Əli Ömərov deyib.

"O vaxtı "Femina" qəzetinə polis rəisləri şikayət yazmışdılar ki, Vaqif Novruzuv bizim yerimizi dəyişmək üçün birindən 40 min, birindən 50 min, birindən 60 min dollar rüşvət istəyib. İstənilən prokurorun vəzifəsidir ki, mətbuatda, vətəndaşın müraciətində cinayət xarakterli hadisələr varsa, dərhal cinayət işi başlayıb istintaq aparsın.

Mən məlumatlara əsasən, V. Novruzova cinayət işi başlatdım. O insanları dindirdim və hər biri onlardan rüşvət istənildiyini təsdiq etdi. Daha sonra Heydər Əliyevin yanına gedərək məsələni danışdım, o isə...", - deyə o bildirib.

Davamı videoda:

Günel Məlikzadə

Seçilən
0
news24.az

1Mənbələr