Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı verilməsi ilə bağlı sərəncam imzalayıb.
Redaktor.az-ın əməkdaşı bu münasibətlə Arif Babayevlə əlaqə saxlayaraq onu təbrik edib və təəssüratlarını öyrənib.
Muğam ustadı saytımıza açıqlamasında xəbəri ilk dəfə bizdən eşitdiyini deyib və ölkə başçısına minnətdarlıq edib.
“Hazırda mən xəstəxanada müalicə olunuram. Xəbəri ilk dəfə sizdən eşitdim. Cənab Prezidentə təşəkkür edirəm”,- deyə Xalq artisti bildirib.
Vasif ƏLİHÜSEYN