AZ

PSJ - "Arsenal" matçının ən yaxşı oyunçusu bilindi - Donnarumma deyil

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasının - PSJ - "Arsenal" oyununun (2:1) ən yaxşı futbolçusu açıqlanıb.

Fanat.Az xəbər verir ki, UEFA səfərdə məğlub etdiyi İngiltərə nəhəngini (1:0) öz meydanında da yenən Paris təmsilçisinin sağ cinah müdafiəçisi Əşrəf Hakimini fərqləndirib.

Matçın 72-ci dəqiqəsində komandasının 2-ci qolunu vuran mərakeşli oyunçu bu qarşılaşmada 4 seyvlə yadda qalan komanda yoldaşı Canluici Donnarummanı qabaqlayıb. 

Xatırladaq ki, "Arsenal"ı məğlub edən PSJ finalda "İnter"lə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da keçiriləcək.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr