AZ

Çempionlar Liqası oyununda azarkeş infarkt keçirdi

2024/25 mövsümünün UEFA Çempionlar Liqasının "İnter" və "Barselona" komandaları arasında keçirilmiş cavab yarımfinal oyunu zamanı “San Siro” stadionunda bir azarkeş infarkt keçirib.

Publika.az xəbər verir ki, bu barədə "II Fatto Quotidiano" məlumat yayıb.

Hadisə oyunun sonuna təxminən 15 dəqiqə qalmış baş verib. Yaşı 40-dan yuxarı olan kişi stadiondan çıxarkən huşunu itirib. Hadisə yerinə dərhal tibbi heyət çağırılıb. Həkimlər dörd dəfə defibrilyatorla ürəyə impuls veriblər və ürək-ağciyər reanimasiyası aparıblar. Nəticədə, ürək ritmi bərpa olunub. Daha sonra xəstə intubasiya olunaraq dərmanla koma vəziyyətinə salınıb və "San Carlo" xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə, kişinin hər hansı risk faktoru aşkarlanmayıb. Onun vəziyyətinin səbəbi kimi güclü emosional stress göstərilir.

Seçilən
0
publika.az

1Mənbələr